...

Dünyanın ən yaxşı aviaşirkətləri məlum oldu

Dünya xəbərləri Materials 14 İyul 2016 17:27 (UTC +04:00)
Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti dünyanın ən yaxşı aviaşirkətlərinin siyahısını tərtib edib.
Dünyanın ən yaxşı aviaşirkətləri məlum oldu

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti dünyanın ən yaxşı aviaşirkətlərinin siyahısını tərtib edib. Bu barədə Trend "Vokruq sveta" jurnalına istinadən xəbər verir.

100 ən yaxşı şirkətin sırasında birinci yerə "Emirates" (Birləşmiş Ərəb Əmirlikləri) layiq görülüb. Bu şirkət "World Airlane Awards" beynəlxalq mükafatını artıq dördüncü dəfə alır.

Siyahıda ikinci pillədə "Qatar Airways" gəlir. Bu şirkət həmçinin "Ən yaxşı biznes-klass xidmətlərini təqdim edən aviadaşıyıcı" mükafatını alıb.

Üçüncü yerə isə Asiyada ən keyfiyyətli xidmətlər göstərən "Singapore Airlines" aviaşirkəti layiq görülüb.

Siyahıda sonrakı yerlərdə Honkongun "Cathay Pacific Airways", Yaponiyanın "ANA All Nippon Airways", "Etihad Airways" (BƏƏ), "Turkish Airlines", "EVA Air" (Tayvan), "Qantas Airways" (Avstraliya) və "Lufthansa" (Almaniya) şirkətləri durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti