Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə hərbi çevriliş etməyə cəhd edənlər tərəfindən onun həyatına sui-qəsdə cəhd edildiyini bəyan edib.
Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti bu barıdə İstanbul hava limanına gələn zaman bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, onun olduğu Marmaris əyalətinə hava hücumu edilib. Lakin hava hücumu Ərdoğan oranı tərk etdikdən sonra baş verib.
Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülən hərəkatı dayanır: “Hərbi çevrilişə cəhd edənlər layiqli cəzalarını alacaqlar”.
Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.