Bakı. Trend:
Türkiyədə hərbi çevrilişə cəhdə görə həbs olunanların sayı 1374-ə çatıb. Trend xəbər verir ki, bu barədə Yeni Şəfəq qəzeti yazıb.
Qəzet yazır ki, Türkiyənin vilayətlərində hərbi çevrilişlə bağlı olan hərbçilər həbs olunur.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 140-dan artıq hərbçinin həbs olunduğu bildirilir.