...

Türkiyədə Yüksək Hərbi Şuranın iclası keçiriləcək

Dünya xəbərləri Materials 27 İyul 2016 13:33 (UTC +04:00)
İyulun 28-də Türkiyədə Yüksək Hərbi Şurasının iclası keçiriləcək.
Türkiyədə Yüksək Hərbi Şuranın iclası keçiriləcək

Bakı. Rufiz Hafizoğlu -Trend:

İyulun 28-də Türkiyədə Yüksək Hərbi Şuranın iclası keçiriləcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, iclasda Baş nazir Binəli Yıldırım və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar da iştirak edəcək.

İclasın əsas mövzuları hərbi çevrilişə cəhd və güc strukturlarında islahatlar olacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti