Bakı. Trend:
Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
Trend-in məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.
Məlumatda deyilir: “Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”.