...

Türkiyə Prezident Adminstrasiyası: Ankara Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir (ÖZƏL)

Dünya xəbərləri Materials 4 Avqust 2016 16:24 (UTC +04:00)
Türkiyə Ankaranın Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir.
Türkiyə Prezident Adminstrasiyası: Ankara Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Ankaranın Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu barədə Trend-ə Türkiyə Prezident Adminstrasiyasından deyiblər.

Adminstrasiyadan qeyd ediblər: "Azərbaycan Gülən hərəkatı ilə Ankaranın mübarizəsinə mühüm töhfə verib ki, Türkiyə eyni addımı digər qardaş ölkələrdən də gözləyir. Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyi Bakı ilə Ankara arasında qardaşlıq münasibəti olmasının əyani sübutudur".

Adminstrasiyadan bildirilib ki, bu mübarizədə Türkiyə digər qardaş ölkələrin də dəstəyini görmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti