...

Zərif: İran təbii qaz sahəsində Türkiyə ilə əməkdaşlığa hazırdır

Dünya xəbərləri Materials 12 Avqust 2016 16:03 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin təbii qazın satışı və tranziti üzrə Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Zərif: İran təbii qaz sahəsində Türkiyə ilə əməkdaşlığa hazırdır

Bakı. Elçin Hüseynov - Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin təbii qazın satışı və tranziti üzrə Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Trend xəbər verir ki, bu barədə nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra mətbuat konfransında deyib.

Nazir bildirib ki, rəsmi Tehran Türkiyə ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəyə malikdir: "Biz energetika, elektroenergetika və Avropaya qaz nəqliyyat maqistrallarının birləşdirilməsi sahəsində birgə işləməyə hazırıq".

M.C.Zərif həmcinin deyib ki, Türkiyəyə təbii qazın nəqlinin artırılması məsələsi prioritet mövzulardandır: "Tərəflər həmçinin qarşılıqlı investisiyaların təşviqi, turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti