...

Nyu-Yorkda imamın qətlində şübhəli bilinən şəxs saxlanıldı

Dünya xəbərləri Materials 15 Avqust 2016 15:26 (UTC +04:00)
Polis Nyu-York məscidlərindən birinin imamını qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Nyu-Yorkda imamın qətlində şübhəli bilinən şəxs saxlanıldı

Bakı. Trend:

Polis Nyu-York məscidlərindən birinin imamını qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "New York Post" qəzetinə istinadən xəbər verib.

İmam Movlana Akonci və onun köməkçisi Thara Uddin şənbə gündüz saatlarında Ozon-park rayonunda məsciddən çıxarkən silahlı hücuma məruz qalıblar. Onlar başlarına açılan atəşdən ölüblər.

Polisin ilkin ehtimalına görə, qatil 4 il öncə Banqladeşdən Nyu-Yorka gəlmiş imamla tanış olub.

Qətldə şübhəli bilinən 35 yaşlı şəxsə hələ ittiham irəli sürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti