Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Sahibkarlar və Sənayeçilər Konfederasiyasında (TUSKON) Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində axtarışlar aparılır. Trend bu barədə Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir.
Bundan başqa, axtarışlar Türkiyənin boyük şirniyyat şirkəti olan "Güllüoğlu Baklavaları" ofisində də aparılır.
Qeyd edək ki, İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. O, Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.