...

Ötən ay rütbəsi artırılan Türkiyə Baş Qərargahının müşaviri saxlanıldı

Dünya xəbərləri Materials 20 Avqust 2016 15:33 (UTC +04:00)
Dinçer Ural Fəthullah Gülən hərəkatına qarşı aparılan əməliyyat çərçivəsində saxlanılıb.
Ötən ay rütbəsi artırılan Türkiyə Baş Qərargahının müşaviri saxlanıldı

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hüquqi müşaviri general-mayor Dinçer Ural Fəthullah Gülən hərəkatına qarşı aparılan əməliyyat çərçivəsində saxlanılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o, ölkədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilir.

D.Ural hazırda Türkiyə Baş Prokurorluğunda dindirilir.

Maraqlıdır ki, dövlət çevrilişinə cəhddən sonra iyulun 28-də Türkiyə Ali Hərbi Şurasında D.Urala general-mayor rütbəsi verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti