...

British Airways-in reyslərində ləngimə var - SƏBƏB

Dünya xəbərləri Materials 6 Sentyabr 2016 10:02 (UTC +04:00)

Bakı. Trend:

"British Airways" aviaşirkətinin ABŞ və Meksikanın bəzi aeroportlarından reysləri kompyuter sistemində sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış texniki nasazlıq səbəbindən ləngiyib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Sərnişinlərə ünvanlanmış müraciətdə deyilir ki, kompyuter sistemində texniki problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

Hazırda ləngiyən reyslərin dəqiq sayı məlum deyil.

Xəbər lenti

Xəbər lenti