...

KXDR tarixində ən güclü nüvə bombasını sınaqdan keçirdi

Dünya xəbərləri Materials 9 Sentyabr 2016 09:54 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikası (KXDR) növbəti nüvə sınağının keçirilməsi barədə rəsmi bəyan edib.
KXDR tarixində ən güclü nüvə bombasını sınaqdan keçirdi

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) növbəti nüvə sınağının keçirilməsi barədə rəsmi bəyan edib. Trend bu barədə TACC-a istinadən məlumat verir. Məlumata görə, bu, KXDR tarixində ən güclü nüvə bombası olub.

Məlumatda qeyd edilir ki, KXDR ABŞ tərəfindən artan nüvə təhlükəsi fonunda ölkənin milli nüvə gücünün artırılması istiqamətində işləri davam etdirəcək.

Qeyd edək ki, KXDR bu vaxta qədər 4 dəfə nüvə testi keçirib: 2006, 2009, 2013 və 2016-cı illərdə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti