...

Pentaqon İŞİD liderlərindən olan Adnaninin öldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 14 Sentyabr 2016 05:05 (UTC +04:00)
İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxınlığıyla bilinən Adnaninin terror təşkilatının Suriyadakı qabaqda gələn liderləri arasında yer aldığı bildirilirdi
Pentaqon İŞİD liderlərindən olan Adnaninin öldüyünü təsdiqləyib

Bakı. Trend:

İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxınlığıyla bilinən Adnaninin terror təşkilatının Suriyadakı qabaqda gələn liderləri arasında yer aldığı bildirilirdi.

Trend-in Sputnik agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD-in lider heyətindən olan Əbu Məhəmməd Əl-Adnaninin Suriyanın şimalında iki həftə əvvəl təşkil edilən hücumda öldüyünün təsdiqləndiyini açıqlayıb.

Pentaqondan verilən açıqlamada 30 avqustda Əl-Bab yaxınlarında Adnaniyi hədəf alan hücumun müvəffəqiyyətli olduğu bildirilib. Açıqlamada deyilib: "İŞİD-ə işçi yığan, xarici terror əməliyyatlarını idarə edən və təşkilatın baş təbliğat məsulu olan Adnani, Əl Bab yaxınındakı hücumla müharibə sahəsindən təmizlənmişdir". İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxınlığıyla bilinən Adnaninin terror təşkilatının Suriyadakı qabaqda gələn liderləri arasında yer aldığı bildirilirdi. ABŞ Xarici İşlər Nazirliyi 5 may 2015-ci ildə Əbu Məhəmməd əl-Adnaninin tutulmasına kömək edəcək məlumatı verənlərə 5 milyon dollar mükafat veriləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti