Bakı. Orxan Quluzadə - Trend:
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadıla bilər.
Trend-in "Yeni şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bu rejimin hansı müddətə uzadılacağını dəqiqləşdirməyib.