...

Ərdoğan: Türkiyə Mosulda olmalıdır

Dünya xəbərləri Materials 18 Oktyabr 2016 15:34 (UTC +04:00)
"Bizim tarixi öhdəliyimiz var və Türkiyə orada olmalıdır. Diplomatik danışıqlar və hazırlıq işləri aparılır".
Ərdoğan: Türkiyə Mosulda olmalıdır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad olunması əməliyyatları çərçivəsində ölkəsinin yerüstü fəaliyyətə hazırlaşdığını bəyan edib.

Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.

R.T.Ərdoğan qeyd edib: "Bizim tarixi öhdəliyimiz var və Türkiyə orada olmalıdır. Diplomatik danışıqlar və hazırlıq işləri aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti