...

Fransada qarşıdurmalar davam edir - polisin iştirakı ilə...

Dünya xəbərləri Materials 20 Oktyabr 2016 16:25 (UTC +04:00)
Fransada polislə gənclər arasında növbəti qarşıdurma baş verib.
Fransada qarşıdurmalar davam edir - polisin iştirakı ilə...

Bakı. Trend:

Fransada polislə gənclər arasında növbəti qarşıdurma baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu dəfə yaranmış qarşıdurma nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, artıq üç gündür Fransada polislə gənclər arasında toqquşmalar davam edir.

Ötən gün isə Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirmişdi. Xatırladaq ki, xuliqanlarla qarşıdurma zamanı 1 nəfər polisin xəsarət almasından sonra paytaxt polisləri şəhər mərkəzində etiraz aksiyası keçirməyə qərar veriblər.

Oktyabrın 8-də Viri Şatiyon rayonunda 15 nəfərlik gənclərdən ibarət dəstə ilə polis qüvvələri arasında qarşıdurma baş verib. Səbəb isə həmin ərazidə avtomobil qaçırılması faktlarını yaddaşa yazanyeni quraşdırılmış müşahidə kamerasını polislərin qoruması olub. Yerli gənclər həmin müşahidə kamerasını məhv etmək istəyərkən qarşıdurma yaranıb və 28 yaşlı polis əllərindən və bədəninin yuxarı hissələrindən yanğın xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti