...

Londonda tramvay aşıb - 40 nəfər xəsarət alan var

Dünya xəbərləri Materials 9 Noyabr 2016 12:38 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda tramvay aşıb.
Londonda tramvay aşıb - 40 nəfər xəsarət alan var

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda tramvay aşıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, tramvayın aşması nəticəsində 40 nəfər xəsarət alıb.

Son məlumata görə, 5 nəfər aşmış tramvayın altında qalıb və xilasedicilər onların xilas edilməsinə çalışırlar.

Qəza Londonun Kroydon rayonunda baş verib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti