...

ABŞ hakimiyyəti Donald Trampın prezidentliyi dövründə də vətəndaşları izləyəcək

Dünya xəbərləri Materials 17 Noyabr 2016 10:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hakimiyyəti Donald Trampın prezidentliyi dövründə də vətəndaşların internetdə fəallığını izləyəcək və telefon danışıqlarını dinləyəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların Nümayəndələr Palatasının Milli təhlükəsizlik komitəsinin müşaviri Coan O'Hara deyib.

O qeyd edib ki, bununla bağlı bir neçə formada fəaliyyət proqramı olacaq.

Müşavir mühacir məsələsinə də toxunub: "Mühacir məsələsi kifayət qədər mübahisəlidir və Konqresdə müzakirə mövzusu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti