Bakı. Orxan Quluzadə - Trend:
Bu gün Türkiyə Fransa Qvianasının Guru kosmodromundan kəşfiyyat peykini fəzaya buraxacaq.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Göktürk-1" peyki Türkiyə vaxtı ilə saat 16:51-də buraxılacaq.
"Göktürk-1" Türkiyə Silahlı Qüvvələrini Yer səthinin yüksək keyfiyyətli görüntüləri ilə təmin edəcək.
Fransa istehsalı olan peyk Yerə ildə 60 mindən çox görüntü göndərəcək.