...

Suriyada türk hərbçilərə hücum: 1 ölü, 6 yaralı

Dünya xəbərləri Materials 7 Dekabr 2016 14:51 (UTC +04:00)
Əl-Bab bölgəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
Suriyada türk hərbçilərə hücum: 1 ölü, 6 yaralı

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı apardığı "Fərat qalxanı" əməliyyatının gedişində Əl-Bab bölgəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir türk hərbçi ölüb, biri ağır olmaqla 7 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə ordusunun hava əməliyyatları zamanı 23 İŞİD-çi zərərsizləşdirilib, xeyli terrorçu yaralanıb. Bundan başqa, terror qruplaşmasının 3 tankı, 2 nəzarət məntəqəsi, bir avtomobili məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti