...

Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb

Dünya xəbərləri Materials 7 Dekabr 2016 19:14 (UTC +04:00)
Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb.
Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb

Bakı. Trend:

Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olan təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub. Sərnişinlərdən ikisi azyaşlıdır.

Onlar arasında Pakistanın məşhur müğənnisi Cüned Camşed və 3 əcnəbi də var.

Bir qədər əvvəl məlumat verilmişdi ki, qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.

Laynerin qəzaya uğramasına səbəb kimi, mühərriklərdən birində yaranan problem göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti