...

Merkel Ərdoğana başsağlığı verib

Dünya xəbərləri Materials 11 Dekabr 2016 21:50 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel telefon danışığında terrorizmə qarşı mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Merkel Ərdoğana başsağlığı verib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel telefon danışığında terrorizmə qarşı mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, kansler hökumət adından və şəxsən öz adımdan prezidentə başsağlığı verib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti