Daşkənd. Dəmir Əzizov - Trend:
"Aeroflot" aviaşirkətinin Daşkənd-Moskva reysini həyata keçirən təyyarə havaya qalxdıqdan dərhal sonra Daşkənd aeroportuna qayıdıb.
Hava limanından Trend-ə verilən məlumata görə, təyyarə texniki səbəbdən geri qayıdıb. Məhz hansı texniki problemin olduğu isə bildirilməyib:
"Təyyarə yerli vaxtla saat 05:30-da havaya qalxıb, lakin 10 dəqiqədən sonra aeroporta qayıdıb. Sərnişinlər təhlükəsiz şəraitdə göyərtəni tərk ediblər".
Hazırda aeroport əməkdaşları hava gəmisini yoxlamaqla məşğuldur.