...

Hərbi bazada partlayış: 20-dən çox əsgər yaralanıb

Dünya xəbərləri Materials 13 Dekabr 2016 10:51 (UTC +04:00)
Hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb.
Hərbi bazada partlayış: 20-dən çox əsgər yaralanıb

Bakı. Trend:

Koreya Respublikasının Ulsan şəhərindəki hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralıların hamısı Cənubi Koreya ordusunun əsgərləridir. Onlar xəstəxanaya yerləşdirilib.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

Hərbçilər hələ rəsmi bəyanat verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti