...

Ruhani gələn ay Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 16 Dekabr 2016 14:08 (UTC +04:00)
İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri 2017-ci ilin yanvarında baş tuta bilər.
Ruhani gələn ay Rusiyaya səfər edəcək

Bakı. Trend:

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri 2017-ci ilin yanvarında baş tuta bilər. Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Məlumata görə, səfərin dəqiq tarixi yaxın günlərdə müəyyən olunacaq.

Dekabr ayında isə İranın xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır. Məhz bu səfər çərçivəsində İran prezidentinin səfərinin detalları müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti