Bakı. Trend:
Türkiyənin İzmir şəhərindəki terror aktı ilə əlaqədar 18 nəfər saxlanılıb.
Bu barədə Trend Türkiyə Ədliyyə Nazirliyinə istinadən məlumat verir.
Hadisənin törədilməsində PKK terror təşkilatı şübhəli bilinir.
Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.