Putin qırğızıstanlı həmkarına başsağlığı verdi

Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin qırğızıstanlı həmkarı Almazbek Atambayevə bu gün səhər saatlarında Bişkek yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI