...

Türkiyədə yeni il gecəsində terror aktı törədən şəxs saxlanılıb (YENİLƏNİB-1) (FOTO)

Dünya xəbərləri Materials 17 Yanvar 2017 01:59 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik xidmətinin orqanları tərəfindən saxlanılan terrorçu Özbəkistanın sakini Əbdülkadir Maşaripov olub
Türkiyədə yeni il gecəsində terror aktı törədən şəxs saxlanılıb (YENİLƏNİB-1) (FOTO)

Bakı. Trend:

Türkiyənin təhlükəsizlik xidmətinin orqanları tərəfindən saxlanılan terrorçu Özbəkistanın sakini Əbdülkadir Maşaripov olub.

Bu barədə Trend "Daily Sabah"a istinadən xəbər verir.

Saxlanılan şəxs şəhər polisinin baş idarəsinə təhvil verilib.

X X X

01:44

İstanbulun Esenyurd rayonunda aparılan əməliyyat nəticəsində Türkiyənin polisi yeni il gecəsində klubda terror aktı törədən şəxs saxlanılıb.

Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, yeni il gecəsi İstanbulun Reina klubunda baş verən terror hadisəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti