Bakı. Trend:
ABŞ-ın yeni seçilən Prezidenti Donald Тrampın qərargahı gələcək administrasiyanın vəzifələrinə 17 nəfəri təyin edilməsi barədə elan edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, söhbət gələcək dövlət başçısının müxtəlif istiqamətlər üzrə xüsusi müavinlərindən gedir.
Belə ki, Sara Xakabi Sanders mətbuat katibinin birinci müavini, Stefanni Qrişem və Lindsi Volters isə müavin vəzifəsinə təyin olunublar.
Həmçinin, Helen Aqirre Ferre Prezidentin xüsusi köməkçisi və ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin edilib.