...

Meksikada taksi sürücüləri ilə polis arasında qarşıdurma - 20 yaralı

Dünya xəbərləri Materials 25 Yanvar 2017 09:19 (UTC +04:00)
Meksikanın paytaxtında taksi sürücülərinin fəaliyyətinin yoxlanılması zamanı qarşıdurma yaranıb.
Meksikada taksi sürücüləri ilə polis arasında qarşıdurma - 20 yaralı

Bakı. Trend:

Meksikanın paytaxtında taksi sürücülərinin fəaliyyətinin yoxlanılması zamanı qarşıdurma yaranıb. Trend-in məlumatına görə, taksi sürücüləri ilə Mexiko polisi arasında yaranmış qarşıdurma nəticsində 20-ə yaxın polis yaralanıb.

Şəhər İctimai Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə, polis hərəkətin gur olduğu yolda taksilərin qanunsuz parklanmasının qarşısını alarkən etirazla qarşılaşıb.

Taksi sürücüləri daş parçaları və ağaclarla polis nəfərlərinin üstünə hücum ediblər. Toqquşmalar nəticəsində 2 nəfər saxlanılıb.

Məlumata görə, odlu silahdan da istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti