Bakı. Trend:
“Honda Motor RUS” şirkəti Rusiyada 135 mindən çox “Honda” və “Acura” avtomobillərini geri çağırıb.
Trend-in məlumatına görə, 2005-ci ildən 2016-cı ilədək istehsal olunan müxtəlif modeller geri çağırılıb.
Buna səbəb kimi, avtomobillərdə təhülkəsizlik yastıqlarının funksiyasında mümkün problemlər göstərilib.
Məlumata görə, geri çağırılan avotomobillərin sahibləri üçün təhlükəsizlik yastıqlarının qaz generatorları dəyişdiriləcək.