...

Meksikada qaçırılmış avtobusda 11 ölü tapılıb

Dünya xəbərləri Materials 2 Mart 2017 01:40 (UTC +04:00)
Meksikanın Verakrus ştatında qaçırılmış turist mikroavtobusunun içində 11 nəfərin meyiti tapılıb
Meksikada qaçırılmış avtobusda 11 ölü tapılıb

Bakı. Trend:

Meksikanın Verakrus ştatında qaçırılmış turist mikroavtobusunun içində 11 nəfərin meyiti tapılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda ştatın qubernatoru Miqel Anxel Yunes məlumat verib.

Yunes deyib: "Bu hökumət və ya əhaliyə qarşı hücum deyil, bu cinayətkar qruplar arasındakı münasibətlərin müəyyənləşdirilməsidir".

Mikroavtobus Boka-del-Rio şəhərində tapılıb, nəqliyyat vasitəsinin mülkiyyətçisi artıq müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti