...

Alyaskada 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 Mart 2017 08:57 (UTC +04:00)
ABŞ-ın Alyaska ştatının sahilində 5,5 bal gücündə zəlzələ baş verib
Alyaskada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatının sahilində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ Bakı vaxtı ilı saat 6:11 Alyaskanın sahilində, Kuk körfəzində baş verib.

ABŞ Geoloji xidməti bildirib ki, yeraltı təkanların episentri Ankor Point yaşayış məntəqəsindən 42 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı təxminən 77 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti