...

Yıldırım Gürcüstana gedir

Dünya xəbərləri Materials 15 Mart 2017 16:01 (UTC +04:00)
Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Artvin vilayətində keçirilən mitinqdən sonra Gürcüstana işgüzar səfərə gələcək.
Yıldırım Gürcüstana gedir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Artvin vilayətində keçirilən mitinqdən sonra Gürcüstana işgüzar səfərə gedəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Nazirlər Kabinetinin rəsmi saytı məlumat verib.

B.Yıldırımın Gürcüstana səfəri çərçivəsində gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşü gözlənilir.

Görüş çərçivəsində ikitərəfli münasibətlər, eləcə də Gürcüstan-Türkiyə yüksək səviyyəli Strateji əməkdaşlıq şurası iclasına hazırlıq və digər regional məsələlərin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti