...

Qondarma rejimin sabiq "müdafiə naziri"nə 2 ay həbs cəzası verildi

Dünya xəbərləri Materials 25 Mart 2017 02:23 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.
Qondarma rejimin sabiq "müdafiə naziri"nə 2 ay həbs cəzası verildi

Bakı. Trend:

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar Yerevan məhkəməsinin qərarı əsasında iki ay müddətinə həbs olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti