Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın İdlib əyalətində kimyəvi silahdan istifadə edilməsinə dair insidentlə bağlı qətnamə layihəsi üzrə danışıqlara başlayıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delarttr deyib.
Onun sözlərinə görə, danışıqlar konstruktiv gedir, lakin Təhlükəsizlik Şurasının üzvləri hələ ki "yolun ortasındadırlar".
O, qeyd edib ki, Fransa qətnamənin qısa müddətdə qəbul edilməsini istəyir.