Bakı. Trend:
ABŞ-ın Florida ştatında "Ekinoks" fitnes klubunda naməlum şəxs insanlara atəş açmağa başlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident nəticəsində 2 nəfər xəsarət alıb, atəş açan şəxs isə öldürülüb.
"Polislər "Merrik-park" ticarət mərkəzində yerləşən klubdakı atışmanı araşdırırlar. Hazırda heç kim təhlükədə deyil", - hüquq-mühafizə orqanlarının "Twitter" hesabında deyilir.