...

Ərdoğan: Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır

Dünya xəbərləri Materials 27 Aprel 2017 04:11 (UTC +04:00)
Uşaqların aclıqdan öldüyü planetdə rahatlıq və sülh ola bilməz
Ərdoğan: Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır

Bakı. Trend:

Uşaqların aclıqdan öldüyü planetdə rahatlıq və sülh ola bilməz.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Məhəmməd Abdulla Fermacu ilə görüşündən sonra deyib.

Ərdoğanın sözlərinə görə, Somalidə terrorçuluqla mübarizə sahəsində ciddi problemlər var.

"Bu Afrika ölkəsinin güclü orduya və peşəkar inkişaf etmiş hüquq-mühafizə strukturlarına ehtiyacı var. Somaliyə kadrlar lazımdır", - Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Somali xalqını bundan sonra da dəstəkləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti