Bakı. Trend:
Londonun Uellesden rayonunda keçirilən antiterror əməliyyatı zamanı 4 nəfər saxlanılıb, daha bir şübhəli bilinən xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyat terrorizmə qarşı mübarizə üzrə təhqiqat çərçivəsində aparılıb.
Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, əməliyyat zamanı polis əməkdaşları şübhəli şəxslərdən birini yaralayıb, o, xəstəxanaya yerləşdirilib və öz vəziyyətinə görə həbs edilə bilməz.