...

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

Dünya xəbərləri Materials 30 Aprel 2017 06:18 (UTC +04:00)
ABŞ NATO ölkələrini alyans çərçivəsində kollektiv müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək
Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ NATO ölkələrini alyans çərçivəsində kollektiv müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Qarrisberq şəhərində (Pensilvaniya ştatı) tərəfdarlarının mitinqində deyib.

"Biz NATO ölkələrini öz öhdəliklərini yerinə yetirməyə məcbur edirik", - Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqtonun NATO üzrə müttəfiqləri "milyardlarla dollar ödəməyə başlayıblar".

Tramp qeyd edib ki: "Son 8 il ərzində ABŞ öz hərbi xərclərini 2 dəfə artırıb". Onun sözlərinə görə, digər NATO ölkələri eyni şeyi etməyiblər. "Bu düzgün deyil", - prezident deyib.

Admistrasiya rəhbəri "Amerika silahlı qüvvələrini bərpa etməyə" söz verib: "Amerikanın birinciliyinin saxlanması silahlı qüvvələrimizin bərpasını nəzərdə tutur. Və biz bu prosesi başlatmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti