...

Avropa İttifaqı Cenevrə danışıqlarının bərpasını dəstəkləyir

Dünya xəbərləri Materials 10 May 2017 07:18 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) siyasi Suriyada siyasi nizamlanmanın gedişini və Cenevrə danışıqlarının bərpasını dəstəkləyir
Avropa İttifaqı Cenevrə danışıqlarının bərpasını dəstəkləyir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) siyasi Suriyada siyasi nizamlanmanın gedişini və Cenevrə danışıqlarının bərpasını dəstəkləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqerini deyib.

"Biz Cenevrə danışıqlarının gələn həftə bərpa edilməsini dəstəkləyirik. Aİ BMT-nin müşayiətində olan siyasi prosesə cəlb olunub və bu işləri bütün olan vasitələrlə davam etdirəcək", - Moqerini deyib.

Qeyd edək ki, bazar ertəsi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, mayın 16-da BMT-nin himayəsi altında Cenevrə danışıqlarını bərpa etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti