Bakı. Trend:
Braziliyanın "Şapekoense" futbol klubunun üzvlərinin olduğu təyyarə Argentinadan qayıdarkən məcburi eniş edib.
Trend-in məlumatına görə, komanda Libertadores Kubokunda Argentinanın "Lanus" klubu ilə matçdan (2:1) sonra Braziliyaya qayıdıb. Lakin təyyarə Şapeko şəhər aeroportuna eniş edə bilməyib. Səbəb kimi yerli hava limanındakı problem göstərilib. Buna görə hava gəmisi Braziliyanın Portu-Aleqri aeroportuna eniş etməyə məcbur olub.
Futbolçular avtobusla evlərinə dönüblər.Xatırladaq ki, ötən ilin noyabrında göyərtəsində "Şapekoense" futbolçularının olduğu təyyarə Kolumbiyada qəzaya uğramışdı. Qəza nəticəsində komandanın 19 oyunçusu və məşqçiləri həlak olmuşdu.