...

Almaniya və Fransa NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsinə qarşı çıxdılar

Dünya xəbərləri Materials 31 May 2017 11:55 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsi təklifi etirazla qarşılanıb.

Trend-in məlumatına görə, mayın 24-25-də NATO-nun Brüsseldə təşkil olunan sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti Zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsini təklif edib.

"Die Welt" yazır ki, başda Almaniya və Fransa olmaqla Danimarka, Niderland və Kanada bu təklifin əleyhinə olublar.

R.T.Ərdoğanın 2016-cı ildə Varşavadakı toplantıda da oxşar təkliflə çıxış etdiyi bildirilir.

NATO-nun növbəti sammitinin harada keçiriləcəyi isə iyunda Alyansın Müdafiə Nazirləri Şurasının iclasında məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti