...

3 həftəlik prezident Makrona etimad nə qədərdir? - SORĞUNUN CAVABI

Dünya xəbərləri Materials 1 İyun 2017 18:35 (UTC +04:00)
Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir.
3 həftəlik prezident Makrona etimad nə qədərdir? - SORĞUNUN CAVABI

Bakı. Trend:

Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir.

Trend-in məlumatına görə bu, ölkə ərazisində aparılan rəy sorğusu nəticəsində məlum olub.

Sorğuya əsasən, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib.

Bununla belə, E.Makron etimad göstəricilərinə görə əvvəlki prezidentlərdən geri qalır. 1981-ci ildə prezident seçildikdən qısa müddət sonra Fransua Mitterana göstərilən etimad 74 faiz, 1995-ci ildə Jak Şiraka və 2007-ci ildə Nikolya Sarkoziyə 64 faiz səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti