...

Mozambikdə keçəl insanlar dini ayinlərin qurbanı olub

Dünya xəbərləri Materials 9 İyun 2017 22:57 (UTC +04:00)
Mozambik polisi keçəl insanların dini ayinlər zamanı öldürülməsi ilə bağlı ölkə əhalisinə xəbərdarlıq edib.
Mozambikdə keçəl insanlar dini ayinlərin qurbanı olub

Bakı. Trend:

Mozambik polisi keçəl insanların dini ayinlər zamanı öldürülməsi ilə bağlı ölkə əhalisinə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bu xəbərdarlıq ölkənin şimalında iki keçəl insanın meyitinin tapılmasından sonra verilib.

Bu meyitlər başı kəsilmiş və daxili orqanları çıxarılmış halda aşkar edilib.

Polis bildirib ki, yerli əhali arasında keçəl şəxslərin varlı olduğu barədə inanc mövcuddur.

Bir neçə il əvvəl həmin bölgədə albinoslar dini ayinlərin qurbanı olmuşdu. BMT-nin hesabatına əsasən, 100-dən çox albinos qətlə yetirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti