...

Türkiyədə iki avtomobil toqquşub: 5 ölü, 3 yaralı

Dünya xəbərləri Materials 12 İyun 2017 08:47
Türkiyənin Samsun əyalətində mikroavtobus ilə furqon toqquşub
Türkiyədə iki avtomobil toqquşub: 5 ölü, 3 yaralı

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Samsun əyalətində mikroavtobus ilə furqon toqquşub.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 5 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, ölənlərin hamısı furqonda olub. Mikroavtobusun isə sürücüsü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti