Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır.
Bu barədə Trend-ə Türkiyənin Gömrük və Ticarət Nazirliyindən məlumat verilib.
Məlumata görə, tərəflər arasında danışıqlar iyunun 13-ü Brüsseldə başlayacaq.
Nazirlikdən bildirilib ki, gömrük sazişinin yenilənməsi Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmadan onunla gömrük ittifaqına qoşulan yeganə ölkədir.