...

Dünyanın ən pis aeroportlarının adları açıqlanıb - SİYAHI

Dünya xəbərləri Materials 13 İyun 2017 20:55 (UTC +04:00)
Küveytin beynəlxalq aeroportu dünyanın ən pis hava limanı seçilib.
Dünyanın ən pis aeroportlarının adları açıqlanıb - SİYAHI

Bakı. Trend:

Küveytin beynəlxalq aeroportu dünyanın ən pis hava limanlarının siyahısına başçılıq edir.

Trend-in məlumata görə, siyahını "AirHelp" şirkəti sərnişinlər arasındakı sorğuya əsasən tərtib edib.

Ən pis aeroportların siyahısında ikinci və üçüncü yeri Böyük Britaniya hava limanları tutur: Londonun Qatvik aeroportu və Mançester hava limanı.

Onluğa ABŞ-ın Nyuark, Hindistanın Mumbay, BƏƏ-nin Dubay hava limanları da daxildir.

Bununla yanaşı şirkət ən yaxşı aeroportların da siyahısını açıqlayıb. Siyahıya Sinqapurun Çanqi, Almaniyanın Münhen aeroportu başçılıq edir. Bu siyahıda Moskvanın Şeremetevo aeroportu da 25-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti