...

Venesuelada dörd nazir postunu tərk edib

Dünya xəbərləri Materials 16 İyun 2017 06:39 (UTC +04:00)
Venesuela prezidenti Nikolas Maduro dörd nazirin istefasını qəbul edib
Venesuelada dörd nazir postunu tərk edib

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro dörd nazirin istefasını qəbul edib.

Trend-in RİA Novosti-ya istinadən verdiyi xeberə görə, bu qərar onlara təsis yığıncağı seçkilərində iştirak imkanı yaratmaq üçün verilib.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, istefanı penitensiar sistemin işləri üzrə nazir İris Varela, kommunaların işləri üzrə nazir Aristobulo İsturis, mərhum Ugo Çavesin böyük qardaşı və mədəniyyət naziri olan Adan Çaves və hindu xalqlarının işləri üzrə nazir Aloa Nunyes veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti