Bakı. Trend:
Almaniyanın keçmiş kansleri Helmut Kol 87 yaşında dünyasını dəyişib.
Trend-in məlumatına görə, H.Kol Lüdviqsxafen-am-Reyndəki evində vəfat edib.
O, 1982-1998-ci illərdə Almaniyada kansler olub. H.Kol bu posta 4 dəfə ardıcıl seçilən ilk siyasətçidir.